ƏHMƏD ŞAH DÜRRANİ (tәqr.1722, Pәncab әyalәti, Multan – 16/23.10.1772, Əfqanıstan, Toba-Maruf) – paytaxtı Qәndәhar olan Dürranilәr dövlәtinin banisi vә ilk hökmdarı. Nadir şah Əfşarın yürüşlәrindә iştirak etmiş, onun ölümündәn (1747) sonra İran ordusunda әfqan dәstәlәrinin başçısı kimi Əfqanıstana qayıtmışdı. 1747 ildәn şah olmuşdur. Bütün әfqan tayfalarını hakimiyyәti altında birlәşdirmiş, 1748–57 illәrdә Pәncabı, Kәşmiri, Sirhindi, Sindi, Xorasanı, Bәlxi, Bәlucistanı zәbt etmişdir. 1761 ildә Panipat vuruşmasında marathaları ağır mәğlubiyyәtә uğratmışdır. Ə.ş.D. hәrbi, inzibati vә mәhkәmә hakimiyyәtini xanlara vermәklә, puştu tayfaları arasındakı qarışıqlığa son qoymağa çalışmışdır.