yük altında işlәyәn yüksәkgәrginlikli dövrәlәri ayırmaq üçün elektrik açarı; adәtәn, 6–10 kV-luq şәbәkәlәrdә tәtbiq edilir. Dövrәnin ayrılması prosesindә açarın aralanmış kontaktlarında yaranan elektrik qövsü hava mühitindә, qövssöndürәn qurğuda elektromaqnit üfürülmәsi yolu ilә söndürülür. Qövs dolaqlarından ayrılmış cәrәyan axan elektromaqnitlәrin yaratdığı güclü maqnit sahәsi nәticәsindә qövssöndürәn qurğunun kamerasına sorulur (dartılır). Qövs kamerada soyuyur, müqavimәti kәskin artır vә sönür. E.a.-nın dövrәni ayırmaq üçün güc hәddi 250 MV·A-ә qәdәrdir.