Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHMƏD ŞÖVQİ TƏBRİZİ

    ƏHMƏD ŞÖVQİ TƏBRİZİ (?, Tәbriz – tәqr. 1547/48, Kabil) – Azәrb. şairi, xәttat. Hәyatı haqqında mәlumat azdır. Barәsindә ilkin mәlumat Sam Mirzәnin “Töhfeyi-Sami” tәzkirәsindә verilmiş, Ə.Ş.T.-nin Sam Mirzәnin xidmәtindә katiblik etmәsi, nәstәliq xәttinin ustadı vә daha çox qәsidә şairi olması göstәrilir. Mәhәmmәdәli Tәrbiyәtin “Danişmәndani-Azәrbaycan” tәzkirәsindә Ə.Ş.T.-nin 1480 ildә İmam Əlinin “Divan”ını farscaya tәrcümә edәrәk, Ağqoyunlu hökmdarı Sultan Yaquba tәqdim etmәsi vә Şah Tәhmasib dövründә Kabilә köçüb, orada dünyasını dәyişmәsi qeyd olunur. Şairin ana dilindә yazdığı “Divan”ının bir әl yazma nüsxәsi Ankara Milli Kitabxanasında saxlanılır. Firuz Rifahi Əlәmdari bu әl yazma әsasında şairin “Divan”ını 2015 ildә Tehranda әrәb vә latın әlifbaları ilә nәşr etdirmişdir. Əlәmdarinin yazdığına görә, Ə.Ş.T. Bağdadda yaşayarkәn M.Füzuli ilә görüşmüş, onunla dostluq münasibәtlәrindә olmuşdur. Ə.Ş.T.-nin şeirlә rindә Füzulinin adını ehtiramla çәkmәsi dә bunu sübut edir. Şairin “Divan”ına 8 qә sidәsi, 32 qәzәli, 39 müxәmmәsi, 8 tәrkib bәndi, 12 tәrcibәndi, 40 rübaisi, 1 müstәzadı, 3 mürәbbesi, hәmçinin heca vәznindә yazdığı 36 bayatı vә 14 gәraylısı, hәyatı ilә bağlı qәlәmә aldığı “Yaşnamә”si daxildir.
    Ə s ә r i: Divan. Tehran, 2015. 
    Əd.: T ә r b i y ә t M. Danişmәndani-Azәrbaycan. B., 1987.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç