ƏHMƏD YƏL, Ə h m ә d i l (? – 1117, Bağdad) – Marağa hakimi [1107/08–16/17]. Rәvvadilәr sülalәsindәn idi. İbn әlƏsirin mәlumatına görә, Rәvvadi hökmdarı Vәhsudanın nәvәsidir. Bir sıra tәdqiqatçılar Rәvvadilәr sülalәsinin 1107/08 ildәn sonrakı dövrünü “Əhmәd Yәlilәr sülalәsi” adlandırırlar. Ə.Y. 1112 ildә 5000 nәfәrlik süvari qoşunla Suriyada sәlibçilәr әleyhinә döyüşlәrdә iştirak etmiş, Bağdadda xәlifә sarayında Hәşşaşilәr tәrәfindәn öldürülmüşdür.