ƏHMƏD YƏSƏVİ [tәqr. 1093, Qazaxıstan, Yassı ş. (indiki Türküstan) yaxınlığındakı Sayram qәs. – 1166, Yassı] – sufi şair, yәsәviyyә tәriqәtinin banisi. Hәyatı haqqında mәlumat azdır. İlk tәhsilini Yassıda böyük kәramәt sahibi Arslan Babadan almışdır. Onun vәfatından sonra Buxaraya gedәrәk, Şeyx Yusif Hәmәdaninin müridi olmuşdur. 1160 ildә irşad vәzifәsinә keçmiş, bir müddәt sonra vәzifәsini Əbdülxaliq Gücdәvaniyә tәhvil verәrәk, Yassıya qayıtmışdır. Yassıda Ə.Y.-nin mәzarı üzәrindә Əmir Teymurun göstәrişi ilә mәscid-mәqbәrә kompleksi inşa olunmuşdur. Sadә vә anlaşıqlı vәzlәri, heca vәznli şeirlәri (“hikmәtlәr) ilә yerli әhali vә köçәri türklәr arasında böyük nüfuz sahibi olmuş Ə.Y. Orta Asiyada islamın vә tәsәvvüfün yayılmasında böyük rol oynamışdır. Hikmәtlәri dәrvişlәr vasitәsilә uzaq türk tayfalarına qәdәr gedib çıxmış, müxtәlif ölkәlәrdә çoxsaylı xәlifәlәri olmuşdur. Ə.Y.-nin “Divani-hikmәt” şeir toplusu dövrümüzәdәk böyük dәyişiklik vә әlavәlәrlә gәlib çatmışdır (ilk dәfә 1878 ildә nәşr olunmuşdur). Cağatay dilindә, xalq şeiri formalarında yazmışdır. Şeirlәrinin dilindә oğuz ünsürlәri var.