ƏHMƏD YUQNAKİ, Ə h m ә d i b n M a h m u d Y u q n a k i (12 әsrin sonları, Sәmәrqәnd yaxınlığında Yuqnak – 13 әsrin әvvәllәri) – özbәk şairi. Anadangәlmә kor olmuşdur. Mәdrәsәdә tәhsil almışdır. Dövrümüzәdәk gәlib çatmış yeganә әsәri “Hәqiqәtlәr töhfәsi” (“Hibbәtül-hәqayiq”, ilk dәfә 1915–16 illәrdә İstanbulda nәşr olunmuşdur) didaktik poemasıdır. Əsәr Orta Asiya vә Qazaxıstanda geniş yayılmışdır (әrәb vә uyğur әlifbaları ilә köçürülmüş әlyazmaları var). Bәdii ifadә vә tәsvir vasitәlәri ilә zәngin olan poemanın әsasında humanizm dayanır, әdәbiyyat vә elm yüksәk qiymәtlәndirilir. Əsәr Ə.Nә vainin yaradıcılığına tәsir göstәrmişdir.
Əd.: C ә f ә r o v N. Türk xalqları әdәbiyyatı. Qәdim dövr. 4 cilddә, c.1. B., 2006.