ƏHMƏD ZƏKİ VƏLİDİ TOĞAN [10.12.1890, indiki Başqırdıstan Resp.-nın İşimbay r-nunun Küzәn k. – 26.7. 1970, İstanbul] – şәrqşünas, türkoloq, fәlsәfә e.d. (1935), Mançester Un-tinin fәxri doktoru (1967). Fevral inqilabından (1917) sonra başqırd milli azadlıq hәrәkatına başçılıq etmişdir. Ə.Z.V.T. Orenburqda keçirilәn Ümumbaşqırd qurultayının gedişindә şәhәri işğal edәn ruslar tәrәfindәn hәbs olunmuşdur (1918, 18 fevral). Hәmin ilin iyununda hәbsdәn qaçmışdır. Başqırd dövlәti yaradıldığı zaman müdafiә naziri tәyin edilmişdir (1919). Basmaçıları dәstәklәmiş, Türküstan Milli Birlik Cәmiyyәtinin tәsisçisi olmuşdur. 1925 ildә Türkiyәyә getmiş, İstanbul Un-tindә çalışmışdır, 1932 ildә Vyanaya köçmüşdür. Bonn Un-tindә (1935) vә Göttin gen Un-tindә (1938) müәllim işlәmişdir. 1939 ildә Türkiyәyә qayıtmış, İstanbul Un-tindә ümumi türk tarixi kafedrasını tәsis etmişdir. İkinci dünya müharibәsinin sonlarında millәtçilik vә turançılıq ideologiyasını yaymaqda tәqsirli bilinәrәk hәbs olunmuşdur. Azad olunduqdan sonra un-t dәki pedaqoji fәaliyyәtini davam etdirmişdir.
Ə s ә r l ә r i: Umumi türk tarihine giriş. İstanbul, 1981; Oğuz destanı, Reşideddin Oğuznamesi. Tercüme ve tahlili. İstanbul, 1982; Hatıralar: Türkistan ve
diger müslüman doğu türklerinin milli varlık ve kültür mücadeleleri. Ankara, 1999; Azәrbaycan. B., 2007.