ƏHMƏDABÁD – Hindistanın q.-indә, Qucarat ştatında şәhәr. Əh. 5,6 mln. (2011). Sabarmati çayı sahilindәdir. Mühüm nәql. qovşağı. 1411 ildә Qucarat sultanlığının
Ящмядабад. Дщарматщ мябяди. 19 яср.
hakimi Əhmәd şah tәrәfindәn qәdim Karnavati ş.-nin yerindә salınmış vә onun şәrәfinә adlandırılmışdır. 1573 ilәdәk Müzәffәrilәr sülalәsinin tabeliyindә olmuş, sonuncu Qucarat sultanı II Müzәffәrin Əkbәr Cәlalәddinә mәğlubiyyәtindәn sonra olmasından sonra Böyük Moğolların idarәçiliyi altına keçmişdir. 1818 ildәn Ə. İngiltәrә Ost-Hind şirkәtinin nәzarәtindә idi. 1864 ildә Ə. ilә Bombeyi birlәşdirәn d.y.-nun çәkilmәsindәn sonra şәhәr Hindistanın şm. vә c. his sәlәri arasında iri d.y. qovşağına çevrilmişdir. 1947 ilәdәk Britaniya Hindistanının tәrkibindә idi. 1960–70 illәrdә Ə. Qucarat ştatının paytaxtı olmuşdur. Elm vә mәdәniyyәt müәssisәlәri arasında Toxuculuq Assosiasiyası Sarayı (1951–54, memar. Le Korbüzye), Qucarat Un-ti (1950 ildәn), Hindistan Menecment İn-tu (1962 ildәn, memar L.Kan, 1962–74). Kaliko Toxuculuq vә Xalq incәsәnәti muzeylәri; Sanskar Kendra muzey vә mәdәniyyәt mәrkәzi (1951–58; memar Le Korbüzye) var.
Ящмядабад шящяриндян эюрцнцш.