ELEKTROMAQNİT DALĞALARI – fәzada sonlu sürәtlә yayılan elektromaqnit rәqslәri. E.d.-nın mövcudluğunu 1832 ildә ingilis fiziki Faradey qabaqcadan söylәmişdi. 1865 ildә ingilis fiziki C. Maksvell nәzәri olaraq göstәrdi ki, elektromaqnit rәqslәri vakuumda işıq sürәti ilә yayılır. E.d.-nın Maksvell nәzәriyyәsi 1888 ildә alman fiziki H. Hersin tәcrübәlәrindә tәsdiq olundu.
Maksvell nәzәriyyәsi müәyyәn etdi ki, radiodalğalar, işıq, rentgen şüaları vә qamma-şüalar müxtәlif dalğa uzunluqlu (λ) E.d.-dır. E elektrik vә H maqnit sahәlәri ilә bağlı rәqslәrin ω tezliyi λ ilә aşağıdakı kimi әlaqәlidir: λ = c /ω.
Dalğa uzunluğundan asılı olaraq E.d. müxtәlif diapazonlara bölünür: radiodalğalar (λ ≃ 106 – 5·10–2 sm), işıq dalğaları (infraqırmızı şüalar λ≃ 5·10–2 – 8·10–5 sm, görünәn şüalar λ≃8·10–5 – 4·10–5 sm, ultrabәnövşәyi şüalar λ≃4·10–5·10–7 sm), rentgen şüaları (λ ≃ 2·10–7– 6·10–10 sm, γ-şüalar λ≃10–8 – 10–11 sm). Göründüyü kimi, qonşu diapazonlar arasında kәskin sәrhәd yoxdur. E.d.-nın xüsusiyyәtlәri, onların hәyәcanlanma vә paylanma qanunları Maksvell tәnliklәri ilә tәsvir olunur. Fәzanın hәr hansı oblastında elektrik yüklәri (e) vә cәrәyanlar (I) varsa, onların zamana görә dәyişmәsi E.d.-nın şüalanmasına sәbәb olur. Yayıldığı mühit E.d.-nın yayılma xarakterinә әhәmiyyәtli dәrәcәdә tәsir edir. İstәnilәn tәbiәtli dalğalara xas olan hadisәlәr, o cümlәdәn sınma, dalğaların dispersiyası, dalğaların interferensiyası, tam daxili qayıtma vә b. hadisәlәr E.d. ilә dә baş verir. Elektromaqnit sahәsini yaradan cәrәyanlardan vә yüklәrdәn uzaqda olan bircins vә izotrop mühitdә Maksvell tәnliklәri xüsusi halda
E = E0cos (kr – ωt + φ),
H = H0cos (kr – ωt + φ) (1)
müstәvi monoxromatik E.d.-nın yayılmasını tәsvir edәn dalğa tәnliklәrinә gәtirir:
burada ε vә μ – mühitin dielektrik vә maqnit nüfuzluqları, E0 vә H0 – elektrik vә maqnit sahәlәri rәqslәrinin amplitudları, ω= 2πν – bu rәqslәrin dairәvi tezliyi, φ – ixtiyari faza sürüşmәsi, k – dalğa vektoru, r – nöqtәnin radius-vektoru, ∇ – Laplas operatorudur
Әgәr mühit qeyri-bircins olarsa, hәyәcanlanan vә yayılan E.d.-nın tipi müstәvi xәtti polyarlaşmış dalğalardan әhәmiyyәtli dәrәcәdә fәrqlәnә bilәr. E.d. yönәldici sәthlәr boyunca (sәth dalğaları), ötürücü xәtlәrdә, kvazioptik xәtlәrdә (bax Kvazioptika) vә s. yayıla bilir.
İzotrop fәzada harmonik E.d.-nın yayılma sürәti, yәni faza sürәti Dispersiya olduğu zaman enerjinin υqr daşınma sürәti (qrup sürәti) υ-dәn fәrqlәnә bilәr. E.d. ilә daşınan enerjinin sıxlığı S = (c/4π) [EH ] poyntinq vektoru ilә tәyin olunur. İzotrop mühitdә E, H vә k vektorları sağ vint sistemi әmәlә gәtirdiklәrinә görә S E.d.-nın yayılma istiqamәti ilә üst-üstә düşür. Anizotrop mühitdә (o cümlәdәn keçirici sәthlәrin yaxınlığında) S E.d-nın yayılma istiqamәti ilә üst-üstә düşmәyә bilәr.
Bütün diapazonlarda radiodalğaların güclü mәnbәlәrinin yaranması vә hәmçinin kvant generatorlarının, lazerlәrin meydana gәlmәsi E.d.-nda bu dalğaların yayıldığı mühitin xassәlәrini әhәmiyyәtli dәrәcәdә dәyişәn elektrik sahәsi intensivliyinin әldә edilmәsinә imkan verdi. Bu, E.d.-nın qeyri-xәtti nәzәriyyәsinin inkişafına sәbәb oldu. E.d.-nın qeyri-xәtti mühitdә (ε vә μ E vә H-dan asılıdır) yayılması zamanı onun forması dәyişir vә dispersiya az olduqda tәdricәn pozulur (bax Qeyri-xәtti optika).
Dalğa uzunluğunun müxtәlif diapazonlarına uyğun E.d.-nın hәyәcanlanması vә qeydә alınması müxtәlif üsullarla sәciyyәlәnir. Onlar (E.d.) maddә ilә müxtәlif cür qarşılıqlı tәsirdә olurlar. Әn uzun dalğalardan infraqırmızı şüalara qәdәr olan E.d.-nın şüalanması vә udulması elektrodinamikanın qanunları ilә tam tәsvir olunur. Daha yüksәk tezliklәrdә kvant tәbiәti әhәmiyyәtli yer tutan proseslәr üstünlük tәşkil edir, optik diapazonda vә xüsusilә rentgen vә γ-şüalar diapazonlarında E.d.-nın şüalanması vә udulması yalnız bu proseslәrin diskretliyinә aid tәsәvvürlәr әsasında tәsvir edilә bilәr. Bir çox hallarda elektromaqnit şüası özünü ω tezlikli vә k dalğa vektorlu monoxromatik E.d. yığını kimi deyil, ћω enerjili vә p = ћω/c impulslu kvazizәrrәciklәr – fotonlar seli kimi aparır. Dalğa xassәlәri, mәs., difraksiya vә interferensiya hadisәlәrindә, korpuskulyar xassәlәr isә fotoeffekt vә Kompton effektindә özünü göstәrir.