ƏHMƏDABAD – Azәrb. Resp. Sabirabad r-nunda kәnd. Əhmәdabad ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 14 km ş.-dә, Kür çayının sahilindә, Muğan düzündәdir. Əh. 2910 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, mәdәniyyәt evi, tibb mәntәqәsi var. Ə.-dan 1,5 km ş.-dә antik dövrә aid Yastıqobu küp qәbirlәri nekropulu mövcuddur.