ELEKTROMAQNİT İNDUKSİYASI– dәyişәn maqnit sahәsindә vә ya hәrәkәt edәn sabit maqnit sahәsindә yerlәşәn keçirici konturda elektrik hәrәkәt qüvvәsinin (induksiya e.h.q.-nin) yaranması. Bu e.h.q.-nin doğurduğu elektrik cәrәyanı i n d u k s i y a c ә r ә y a n ı adlanır. E.i. 1831 ildә ingilis fiziki M. Faradey (ondan asılı olmayaraq 1832 ildә Amerika alimi C. Henri) tәrәfindәn kәşf edilmişdir. Faradey qanununa әsasәn, konturda induksiya e.h.q. (εi) bu konturla mәhdudlanmış S sәthindәn keçәn Ф maqnit selinin t zamanına görә dәyişmә sürәti ilә düz mütәnasibdir:
k mütәnasiblik әmsalı Qauss vahidlәr sistemindә 1/c-yә, Si-dә isә 1-ә bәrabәrdir. Bu ifadә Faradey qanunu adlanır. Onun sağ tәrәfindәki mәnfi işarәsi Lens qaydasına uyğun olaraq induksiya cәrәyanının istiqamәtini tәyin edir. Sabit maqnit sahәsindә induksiya e.h.q. o halda baş verir ki, konturla mәhdudlanmış sәthdәn keçәn maqnit seli zamana görә dәyişsin, yәni kontur özünün hәrәkәti zamanı maqnit induksiya xәtlәrini kәssin (xәtlәr boyunca hәrәkәt zamanı ΔФ =0 olur vә e.h.q. yaranmır).
İnduksiya e.h.q. Maksvell tәnliklәrinә әsasәn, maqnit sahәsinin zamana görә dәyişmәsi nәticәsindә yaranan burulğanlı elektrik sahәsi qüvvәlәrinin vahid yükün qapalı kontur boyunca hәrәkәti zamanı gördüyü işә bәrabәrdir.
E.i. elektrik cәrәyanı generatorlarının, transformatorların vә s. işinin әsasını tәşkil edir.