ELEKTROMAQNİT NASOSU – 1) işlәk orqanın irәli-geri hәrәkәtini elektrik enerjisi mәnbәyinә qoşulmuş polad içliklә yerinә yetirilәn nasos; porşen, yaxud diafraqma tipli olur; 2) elektrikkeçirәn mayelәrin (әridilmiş metalların) yerinin dәyişdirilmәsi üçün m a q n i t o h i d r o d i n a m i k naso s; maye yerini maqnit sahәsinin tәsiri altında dәyişir. İnduksiya nasosu vә konduksiya nasosu növlәrinә ayrılır.