ELEKTROMAQNİT POÇTU – sәnәdlәrin vә xırda әşyaların boru kәmәri sistemi ilә maqnit sahәsinin tәsiri altında hәrәkәt edәn patron-konteynerlәrdә göndәrilmәsi. Maqnit sahәsi patron-konteynerin yaxınlaşma dәrәcәsinә görә ardıcıl qoşulmuş induktorlar vasitәsilә yaradılır. E.p., әsasәn, müәssisәdaxili rabitәdә tәtbiq edilir. Patron-konteynerin orta sürәti 50 km/saat-dır.