ƏHMƏDBƏYLİ Fәrhad Soltan oğlu (12.2.1923, Bakı – 16.11.2015, Bakı) – Azәrb. geoloqu, g.-m. e.d. (1964), prof. (1972). AMEA-nın m.üzvü (2001). Böyük Vәtәn müharibәsindә iştirak etmişdir. 1950 ildә Azәrb. Sәnaye İntunu (indiki Azәrb. Dövlәt Neft vә Sәnaye Un-ti) bitirmişdir. Azәrb. SSR EA-nın Geologiya İn-tunda (indiki Geologiya vә Geofizika İn-tu) böyük laborant, elmi işçi, baş elmi işçi, laboratoriya vә şöbә müdiri vәzifәlәrindә çalışmışdır. Tәdqiqatları regional geologiya, geotektonika vә neotektonikaya aiddir. Azәrb.-da neotektonika istiqamәtindә ilk kompleks elmi tәdqiqat Ə.-nin adı ilә bağlıdır. O, Azәrb.-ın iri struktur elementlәrini öyrәnmiş, müasir tektonik proseslәrin vә neotektonik hәrәkәtlәrin neft-qazlılıq vә seysmikliklә qarşılıqlı әlaqәlәrini tәdqiq etmişdir. Onun redaksiyası vә işlәyib hazırladığı üsul üzrә “Azәrbaycanın neotektonik xәritәsi” tәrtib olunmuşdue (1991). Ə. hәmçinin Yer qabığının yerüstü vә dәrinlik geoloji-tektonik quruluşu vә geodinamik tәkamülünün müasir modellәrinin işlәnib hazırlanması, müasir tektonik-geodinamik, seysmik vә ekzogen proseslәr arasında korrelyativ asılılıqların müәyyәnlәşdirilmәsi ilә mәşğul olmuşdur.145 elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın (bәzilәri hәmmüәlliflәrlә), 12 xәritә vә atlasın müәllifidir.