ƏHMƏDBƏYLİ – Azәrb. Resp. Füzuli r-nunda kәnd. Əhmәdbәyli ә.d.-nin (Əhmәdbәyli, İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 36 km ş.-dә, Köndәlәnçayın (Arazın qolu) sahilindә, düzәnlikdәdir. Əh. 1033 (2016); taxılçılıq vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, musiqi tәmayüllü gimnaziya, mәdәniyyәt evi, xәstәxana, poçt fәaliyyәt göstәrir. Ə.-dә Erkәn Tunc dövrünә aid Kültәpә yaşayış yeri var.