Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTROMAQNİT RƏQSLƏRİ

    ELEKTROMAQNİT RӘQSLӘRİ – vahid elektromaqnit sahәsi tәşkil edәn elektrik (E) vә maqnit (H) sahәlәrinin qarşılıqlı әlaqәli rәqslәri. E.r.-nin yayılması elektromaqnit dalğaları şәklindә baş verir. E.r. fotonlar yığınından ibarәtdir vә onlara yalnız olduqca böyük sayda fotonlar halında kәsilmәz proses kimi baxmaq olar.

    Xarici mәnbәlәrin yaratdığı mәcburi E.r. ilә, onlarsız da mövcud olan mәxsusi E.r. rәqslәri fәrqlәndirilir. Qeyri-mәhdud fәzada vә ya enerji itkisi verәn sistemlәrdә (dissipativ) mәxsusi E.r. tezliklәrin kәsilmәz spektrindә mümkün olur. Mәhdud fәzada konservativ (enerji itkisi olmayan) sistemlәr mәxsusi tezliklәrin diskret spektrinә malikdir, hәm dә hәr tezliyә bir vә ya bir neçә sәrbәst rәqs növü (modalar) uyğun gәlir. Mәs., vakuumda dairәvi ωn=nπc/l olan vә bir-birindәn l mәsafәdә yerlәşәn iki әksetdirәn müstәvilәr arasında yalnız sinusoidal E.r. mümkündür, burada n – tam әdәddir. Mәxsusi rәqslәr E H vektorlarının rәqslәri zamana görә T/4 qәdәr sürüşmüş sinusoidal durğun dalğalar şәklindә meydana çıxır. Onların amplitudlarının fәza paylanması isә λ /4 qәdәr yerini dәyişir, belә ki, E-nin maksimumları (qabarıqları) H-nin sıfırları (düyünlәri) ilә vә әksinә üst-üstә düşür.

    Mühitlәrdә elektromaqnit sahәsi yüklü zәrrәciklәrlә (elektronlarla, ionlarla) qarşılıqlı tәsirdә olub induksiya cәrәyanı yaradır. Keçiricilik cәrәyanları enerji itkisinә vә E.r.-nin sönmәsinә sәbәb olur. Mühitin polyarlaşması vә maqnitliliyi ilә әlaqәli cәrәyanlar onun dielektrik vә maqnit nüfuzluqlarını, hәmçinin onda elektromaqnit dalğalarının yayılma sürәtini, elәcә dә E.r.- nin mәxsusi tezliklәrinin spektrini tәyin edir. İnduksiya cәrәyanları EH-dәn qeyri-xәtti asılıdırsa, E.r.-nin periodu, forması vә digәr xarakteristikaları onların amplitudlarından asılı olur (bax Qeyri-xәtti sistemlәr). Bu halda superozisiya prinsipi qüvvәsini itirir vә E.r. enerjisinin bir tezlikdәn digәrinә sıçraması baş verir (bax Qeyri-xәtti optika). Әksәr generatorların, güclәndiricilәrin vә E.r.-nin tezlik çeviricilәrinin işi bu prinsipә әsaslanır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV