ELEKTROMAQNİT SAHӘSİ – elektrik yüklü zәrrәciklәr arasında qarşılıqlı tәsiri hәyata keçirәn materiyanın xüsusi forması (bax Fiziki sahә). E.s. vakuumda elektrik sahәsinin intensivlik (E) vә maqnit induksiyası (B) vektorları vә ya φ skalyar vә A vektor–potensialla xarakterizә edilir. Mühitdә elektrik sahәsi әlavә olaraq iki kömәkçi kәmiyyәtlә: maqnit sahәsinin intensivliyi (H) vә elektrik induksiyası (D) ilә şәrtlәnir.
E.s.-ni klassik elektrodinamika öyrәnir; ixtiyari mühitdә o (E.s.), yük vә cәrәyanların paylanmasından asılı halda sahәni tәyin edәn Maksvell tәnliklәri ilә tәsvir olunur. Ayrı-ayrı elementar zәrrәciklәrin yaratdığı mikroskopik E.s. mikroskopik sahәlәrin, yәni e elektrik sahәsinin vә h maqnit sahәsinin intensivliklәri ilә xarakterizә edilir. Onların orta qiymәtlәri E.s.- nin makroskopik xarakteristikaları ilә aşağıdakı kimi әlaqәlidir: e = E, h =B. Mikroskopik sahәlәr Lorens–Maksvell tәnliklәrini ödәyir.
Sükunәtdә olan vә ya müntәzәm hә- rәkәt edәn yüklü zәrrәciklәrin E.s. bu zәrrәciklәrlә qırılmaz surәtdә bağlıdır; zәrrәciklәrin tәcilli hәrәkәti zamanı E.s. onlardan “qopur” vә elektromaqnit dalğaları formasında sәrbәstlәşir (bax Şüalanma).
Dәyişәn maqnit sahәsi vә dәyişәn elektrik sahәsinә aid maqnit sahәsinin doğurduğu E.s. onunla nәticәlәnir ki, elektrik vә maqnit sahәsi ayrı-ayrılıqda deyil, yalnız eyni zamanda vә biri digәrindәn asılı şә- kildә mövcud olur. E.s.-ni xarakterizә edәn vektorların komponentlәri nisbilik
nәzәriyyәsinә görә vahid fiziki kәmiyyәt – E.s. tenzoru әmәlә gәtirir, bu tenzorun ele- mentlәri bir inersial hesablama sistemindәn digәrinә keçid zamanı Lorens çevrilmәsinә uyğun olaraq dәyişir.
E.s.-nin yüksәk tezliklәrindә onun kvant (diskret) xassәlәri mühüm әhәmiyyәt daşıyır vә E.s.-nә sahәnin kvant seli –fotonlar seli kimi baxılır. Bu halda klassik elektrodinamika tәtbiq edilә bilmir vә E.s. kvant elektrodinamikası ilә tәsvir olunur.