ƏHMƏDBƏYOV Zivәr bәy Gәray bәy oğlu (1873, Şamaxı – 16.2.1925, Bakı) – Azәrb. memarı. Peterburq Mülki Mühәndislәr İn-tunu bitirmişdir (1902). Ə. ali tәhsil almış ilk azәrb. memardır. 1902 ildәn Bakı qub. idarәsindә, sonralar isә Bakı Şәhәr İdarәsindә memar işlәmişdir. 1918–22 illәrdә Bakının baş memarı olmuşdur. 1905–18 illәrdә Göyçayda mәscid (1906), Şamaxıda İmam mәscidi (1909), Cümә mәscidi (1909–18; İ.K.Ploşko ilә birgә), Bakıda Tәzәpir (1905–14) vә Göy mәscidin (1912–13), ”Sәadәt” mәktәbinin (1911–12), Bakıda “Doğum evi” (1910), “Uşaq xәstәxanası”nın (1914–16), hәmçinin Bakı vә Şamaxıda bir sıra yaşayış evlәrinin layihәsini vermişdir. Ə. Azәrb. xalq memarlığının mütәrәqqi әnәnәlәrini Şәrq vә Avropa memarlığı ilә üzvi surәtdә әlaqәlәndirmişdir. Bakının daşnak vә eser-menşeviklәrdәn azad olunması (1918, 15 sentyabr) zamanı şәhid olmuş azәrb. vә türk әsgәrlәrinin xatirәsini әbәdilәşdirmәk üçün Çәmbәrәkәnd qәbiristanlığında (indiki Şәhidlәr Xiyabanı) ucaldılacaq abidә kompleksinin layihәsini hazırlamışdı. Altıbucaqlı türbә görünüşündә olan hәmin layihәdә orta әsr Azәrb. memarlıq nümunәlәrindәn mәharәtlә istifadә olunmuşdu. 1917 ildә memar Ö.Abuyevlә birlikdә “İslam incәsәnәti abidәlәrini sevәnlәr vә qoruyanlar cәmiyyәti”ni yaratmış, 1919 ildә isә Şamaxının bәrpası üçün “Yeni Şirvan” cәmiyyәtini tәşkil etmişdi. Aprel işğalından (1920) sonra ikinci dәfә yanmış Tağıyev teatrının bәrpa vә yenidәnqurma layihәsini hazırlamaq da Azәrb. Xalq Maarifi Komissarlığının qәrarı (1920, 13 noyabr) ilә Ə.-a tapşırılmışdı.
Əd.: Ф а т у л л а е в Ш.С. Градостроительство Баку ХIХ – начала ХХ веков. Л., 1978; yenә o n u n, Градостроительство и архитектура Азербайджана ХIХ – начала ХХ веков. Л., 1985.
Тязяпир мясъиди. Бакы. 1905–14.
Мемар З.Ящмядбяйов.