Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHMƏDİ TƏBRİZİ

    ƏHMƏDİ TƏBRİZİ  (?–?) –  15  әsrdә yaşamış Azәrb. şairi. Ə.T. dövrünün tanınmış mütәrcimi olmuşdur. Tәzkirәlәrdә vә digәr orta әsr qaynaqlarında haqqında mәlumat yoxdur. Ana dilindә yazdığı “Yusif vә Züleyxa” adlı orijinal poemamәsnәvisi vә Şeyx Fәridәddin Əttarın (1120–1230) “Əsrarnamә”sinin (“Sirlәr kitabı”) tәrcümәsi dövrümüzәdәk gәlib çatmışdır. Şair, “Yusif vә Züleyxa”nın dibaçәsindә әsәri Sultan Yaqub dövründә, Ağqoyunlu sarayının “әmirül-ümәrası” (baş әmiri) Xәlilullahın tapşırığı ilә yazdığını, Tәbriz ş.-ndә 57 günә tamamladığını qeyd edir. 102 vәrәqlik 2990 beytdәn ibarәt bu әsәrin yeganә әlyazması natamamdır; әlyazmanın әvvәlindә müәllif özü әsәrin 4035 beytdәn ibarәt olduğunu göstәrir. Sadә dildә yazılmış “Yusif vә Züleyxa”nın qәlәmә alınma tarixi mәlum deyil. 20 әsrin 80-ci illәrindә Türkiyә alimi Nihat Əzәmәtin aşkara çıxardığı әlyazma İstanbuldakı Mәrmәrә Un-tinin fәnn-әdәbiyyat kitabxanasında saxlanılır. “Əsrarnamә”nin tәrcümәsindә olan 40 mәnzum hekayәtdәn 3-ünün orijinalı Əttarın eyniadlı mәsnәvisindә, 26-sı “Müsibәtnamә” әsәrindә, 1-i “İlahinamә”dә, 1-i isә müәllifin “Tәzkirәtül-övliya” adlı nәsr әsәrindә var. Tәrcümәdәki digәr 9 mәnzum hekayәtin Ə.T.-nin öz qәlәminin mәhsulu, yaxud da Əttarın digәr әsәrlәrindәn sәrbәst tәrcümә olduğu ehtimal edilir. Tәqr. 2000 beytdәn ibarәt mәnzum hekayәtlәr sufi dәrvişlәri vә övliyalar haqqındadır. Ə.T. tәrcümәnin tamamında Ağqoyunlu hökmdarı Sultan Xәlilin hakimiyyәti dövründә yaşadığını vә tәrcümәni ona ithaf etdiyini göstәrmiş, hәmçinin şeir parçalarında әmiri haqq-әdalәt tәrәfdarı kimi dәyәrlәndirmişdir. Ə.T. tәrcümәnin sonunda tәrki-dünya, sufi şair olduğunu, yoxsulluq içindә yaşayaraq, sadә hәyat sürdüyünü bildirir.

    Əd.: Xәlilov Ş. “Əsrarnamә”nin dili. B., 1988; Azamat Niha t. Yeni bir Ahmedi ve iki eseri: Yusif ve Zeliha, Esrar-name tercümesi, Osmanlı Araştırmaları, VII–VIII. İstanbul, 1988.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç