Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏHMƏDİYYƏ

    ƏHMƏDİYYƏ  – islam,  hinduizm xristianlıq elementlәrindәn ibarәt sinkretik dini cәrәyan. Banisi Mirzә Qulam Əhmәdin (tәqr. 1839–1908) adı ilә mirzaiyyә, yarandığı Qadiyan ş.-nin (Hindistan) adı ilә qadiyaniyyә dә adlandırılırdı. Tәriqәtin adı Qulam Əhmәdin 4.11.1900 tarixdә yaydığı bәyanatla, Mәhәmmәd peyğәmbәrin digәr adı Əhmәdә işarә olaraq, Ə. elan edildi. Qulam Əhmәd 1889 ildә öz tәrәfdarlarından beyәt almalı vә ayrıca cәmiyyәt yaratmalı olduğu barәdә Allahdan vәhy aldığını, 1891 ildә isә gәlişi gözlәnilәn mәsih vә mehdinin bir şәxs olub, hәr ikisinin özündә cәmlәşdiyini iddia etdi. Bu iddialarına görә müsәlmanlar, xristianlar vә Arya Samac nümayәndәlәri tәrәfindәn etirazlarla qarşılandı.

    Qulam Əhmәdin ölümündәn sonra әhmәdilәrin böyük әksәriyyәti Qadiyanda Mirzә Bәşirәddin Mahmud Əhmәdi ikinci xәlifә kimi tanıdılar. Ə.-nin sonralar qadiyanilәr kimi tanınmış bu hissәsi Qulam Əhmәdi peyğәmbәr, ona inanmayanları isә kafir elan etdi. 1947  ildә  Hindistan parçalandıqdan vә Pakistan yaradıldıqdan sonra onlar Pәncab bölgәsindәki Çak Digian әrazisini alaraq, Rәbvә ş.-ni (rәsmәn Çenab Nәgәr ş.) saldılar vә oranı özlәrinin mәnzil-qәrargahına çevirdilәr. Mahmud Əhmәdin xәlifәliyini qәbul etmәyәnlәr ayrılaraq, Mövlana Mәhәmmәd Əlinin rәhbәrliyi ilә 1914 ildә Lahorda Əncümәn İşaati-İslam cәmiyyәtini yaratdılar vә lahorlar kimi tanındılar. Onlar Qulam Əhmәdi sadәcә bir islahatçı (“mücәddid”) kimi tanıyır, tәbliğatla mәşğul olurlar.

    Qadiyanilәrlә tәmsil olunan Ə. xәlifә tәrәfindәn idarә edilir; hazırkı beşinci xәlifә Mirzә Mәsrur Əhmәddir (d.1950). Asiya, Avropa vә Afrikanın bir sıra ölkәlәrinә yayılmış, Nigeriya, Tanzaniya vә Hindistanda xüsusilә çoxluq tәşkil edәn әhmәdilәrin ümumi sayı tәqr. 10–20 mln. göstәrilir. Lahorlar ümumi sayın tәqr. 0,2%-ni tәşkil edir. Ə.-nin hәr iki qolu Pakistan parlamentinin qәrarı (7.9.1974) ilә qeyrimüsәlman milli azlıq elan edilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç