ƏHMƏDLİ Cәmil Teymur oğlu (27.10. 1931, Gәdәbәy r-nun Söyüdlü k. – 9.2. 2010, Bakı) – Azәrb. filosofu, fәlsәfә e.d. (1966), prof. (1967), Azәrb. SSR әmәkdar elm xadimi (1990). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1953). Azәrb. SSR EA-nın Fәlsәfә İn-tunda baş elmi işçi, şöbә müdiri, Azәrb. Xalq Tәsәrrüfatı İntunun (indiki ADİU) fәlsәfә kafedrasının müdiri (1976–96), BDU-nun tәbiyyat fakültәlәri üzrә fәlsәfә kafedrasının müdiri (1996–2004) vә humanitar fakültәlәr üzrә fәlsәfә kafedrasının prof.-u vәzifәsindә (2004–10) işlәmişdir. Tәdqiqatları idrak nәzәriyyәsi vә müasir tәbiәtşünaslığın fәlsәfi problemlәrinә, elmi-texniki inqilabın mahiyyәti, sosial nәticәlәri vә s. mövzulara hәsr olunmuşdur. 400-dәn elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın, çox mәqalәnin müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni (2009) ilә tәltif edilmişdir.
Əsәrlәri: Mәkan vә zaman: problemlәr, paradokslar vә hәllәr. B., 1988; Nәzәriyyә, onun tiplәri vә funksiyaları. B., 2001.