ƏHMƏDLİ Murtuza Qasım oğlu (4.3. 1906, Lәnkәran – 20.5.1979, Bakı) – Azәrb. kimyaçısı, kimya e.d. (1948), prof. (1948). Azәrb. SSR әmәkdar elm xadimi (1969). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1930). Azәrb. Dövlәt Un-tindә analitik kimya kafedrasına rәhbәrlik etmişdir (1941–79). Tәdqiqatları üzvi reaktivlәrin analitik kimyaya tәtbiqinin öyrәnilmәsinә hәsr olunmuşdur. 400dәn artıq elmi әsәrin, o cümlәdәn dәrslik vә dәrs vәsaitlәrinin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif edilmişdir.