ƏHMƏDLİ Nәsir Abbas oğlu (d.1.7.1942, Tovuz r-nunun Alakol k.) – Azәrb. jurnalisti, tәrcümәçi, filologiya e.d. (2007), prof. (2012), Azәrb. Resp.-nın әmәkdar jurnalisti (2010). ADU-nun (indiki BDU) jurnalistika fakültәsini bitirmişdir (1971). 1971–75 illәrdә Azәrb. Dövlәt Televiziya vә Radio Verilişlәri Komitәsindә redaktor vәzifәsindә çalışmışdır. 1975 ildәn elmipedaqoji fәaliyyәtlә mәşğuldur. 100-dәk elmi әsәrin, o cümlәdәn monoqrafiyanın, dәrsliyin vә dәrs vәsaitlәrinin müәllifidir. M.Y.Lermontovun, M.X.Larranın, H.D.Toronun, C.Miltonun bәzi әsәrlәrini Azәrb. dilinә tәrcümә etmişdir.
Əsәrlәri: Kütlәvi informasiya vasitәlәri xarici siyasi tәbliğat sistemindә. B., 2004; Jurnalistin nitq mәdәniyyәtinin әsasları. B.,2014.