ELEKTROMAQNİT SAHӘSİNİN İMPULSU – sahәnin dinamik xarakteristikası: verilәn hәcmdә elektromaqnit sahәsinin malik olduğu hәrәkәt miqdarı. Elektromaqnit sahәsindә yerlәşdirilmiş cisim elektromaqnit dalğalarının udulması vә ya paylanma istiqamәtinin (әksolunma, sәpilmә, sınma) dәyişmәsi sәbәbindәn mexaniki qüvvәlәrin tәsirinә mәruz qalır. Cisim elektromaqnit dalğaları, o cümlәdәn işıq şüalandırarkәn, hәmin cismin impulsu da dәyişir. Elektromaqnit dalğalarının şüalanması, udulması vә ya әksolunması nәticәsindә qapalı maddi sistemin impulsu dәyişmәdiyinә görә (sistemin tam impul- sunun saxlanması qanununa әsasәn), belә çıxır ki, elektromaqnit dalğası da impulsa malikdir. E.s.i.-nun mövcudluğu ilk dәfә işığın tәzyiqinә aid tәcrübәlәrdә müşahidә edilmişdir (P.N. Lebedev, 1899–1901).
Elektromaqnit sahәsinin kvant nәzәriyyәsindә (kvant elektrodinamikası) enerjinin vә impulsun daşıyıcıları bu sahәnin kvantları – fotonlardır. ν tezlikli foton hν enerjisinә vә hν/s impulsuna malikdir. Fotonun impulsunun mövcudluğu bir çox hadisәlәrdә, mәs., Kompton effektindә elektromaqnit sahәsi vә zәrrәciklәr arasında impulsların mübadilәsindә özünü göstәrir.