ƏHMƏDLİ (Əhmәdo v) Sabir Mәhәmmәd oğlu (10.7.1930, Cәbrayıl r-nunun Cәbrayıl k. – 17.4.2009, Bakı ) – Azәrb. Resp. xalq yazıçısı (1992). Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1984). Sovet İttifaqı Qәhrәmanı C.Əhmәdovun qardaşıdır. ADU-nun filologiya fakültәsini bitirmişdir (1951). Cәbrayıl r-nunda müәllim (1951–54), Şükürbәyli k.-ndә mәktәb direktoru (1955–56), “Ədәbiyyat vә incәsәnәt” qәzeti redaksiyasında әdәbi işçi, nәsr şöbәsinin müdiri (1956–93), baş redaktor (1993–96) işlәmişdir.
Ədәbi yaradıcılığa 1951 ildәn “Pioner” jurnalında çap olunan “Poçtalyon” hekayәsi ilә başlamışdır. “Yamacda nişanә” (1973), “Qanköçürmә stansiyası” (1976), “Gedәnlәrin qayıtmağı, dünyanın arşını” (1985) vә s. әsәrlәri Azәrb. әdәbi nәsrinin parlaq nümunәlәridir. “Kütlә” (1999), “Axirәt sevdası” (2003), “Şәhid ruhu” (2004) vә s. kitabların müәllifidir. Ədәbipublisistik әsәrlәri var. “Evlәnmәk istәyirәm” (1983) filminin ssenari müәllifidir. Əsәrlәri bir çox xalqların dilinә tәrcümә edilmişdir.
Əsәrlәri: Toğana. B.,1981; Yasamal gölündә qayıqlar üzürdü. B., 1984.