ƏHMƏDLİ – Azәrb. Resp. Daşkәsәn r-nunda kәnd. Əhmәdli ә.d.-nin (Əhmәdli, Dardәrә, Mollahәsәnli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 13 km c.-ş.-dә, Murovdağ silsilәsinin әtәyindәdir. Əh. 485 (2015); heyvandarlıq, kartofçuluq, bağçılıq vә arıçılıqla mәşğuldur. Ümumi orta mәktәb, kitabxana, mәdәniyyәt evi, tibb mәntәqәsi, poçt, memarlıq abidәlәrindәn türbә var.