ƏHMƏDLİ (1920 ilәdәk Molla Əhmәdli) – Azәrb. Resp. Laçın r-nunda kәnd. Əhmәdli ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 24 km şm.-q.-dә, Əhmәdli çayının (Hocazsu çayının qolu) sahilindә, Qarabağ yaylasındadır. Əh. 1160 (2015); işğaldan (1992, may) әvvәl әkinçilik, bağçılıq, bostançılıq, heyvandarlıqla mәşğul olmuşdur. Orta mәktәb, uşaq bağçası, kitabxana, mәdәniyyәt evi, poçt, rabitә qovşağı, xәstәxana var idi. Mineral bulaqlarla zәngindir. Ə. әrazisindә “Ağbaxt xeyir” türbәsi, mәbәd (16 әsr), körpü (19 әsr) tariximemarlıq abidәlәridir.