ƏHMƏDLİ – Azәrb. Resp. Masallı r-nunun Tәzә Alvadı ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 9 km şm.-q.-dә, Yazqıraq çayı sahilindәdir. Əh. 1504 (2015); әkinçilik vә maldarlıqla mәşğuldur. Ümumi orta mәktәb, tibb mәntәqәsi, yaxınlığında Tunc dövrünә aid kurqan, memarlıq abidәlәrindәn 19 әsrә aid mәscid var.