ELEKTROMETALLURGİYA – metallurgiya sahәsi; metal vә әrintilәrin elektrik cәrәyanı vasitәsilә alınmasının sәnaye üsullarını öyrәnir. E.-da e l e k t r o t e r m i k p r o s e s l ә r d ә n (filiz vә konsentratdan metalın çıxarılması, onun әsasında qara vә әlvan metalların istehsalı, zәnginlәşdirilmәsi), yәni, elektrik cәrәyanının istilik effektindәn (bax Elektrotermiya) vә e l e k t r o k i m y ә v i p r o s e s l ә r d ә n (su mәhlulu vә әrinti mühitin elektrolizi әsasında qara vә әlvan metalların istehsalı; bax Elektrokimya) istifadә edilir.
E l e k t r o k i m y ә v i p r o s e s l ә r elektrolizә әsaslanır; sulu mәhlulların vә әridilmiş mühitin elektrolizi әsasında qara vә әlvan metallar istehsal edilir. Xüsusi E., o cümlәdәn saflaşdırıcı tәkrar әritmә üsulu geniş yayılmışdır.