ELEKTRÓMETR (elektro… + …metr) – elektrik potensialları fәrqini (gәrginlik), kiçik miqdarda elektrik yüklәrini vә cәrәyan şiddәtini (10–15 A-әdәk) ölçmәk üçün cihaz. Gәrginlik baxımından yüksәk hәssaslığa vә çox böyük giriş müqavimәtinә (1012–1017 Om) malikdir. Elektromexaniki (kvadrantlı vә simli) vә elektron E. növlәrinә ayrılır. K v a d r a n t l ı E.-dә hәrәkәtli elektrod dörd tәrpәnmәz elektrodun (kvadrantın) daxilindә yerlәşir; hәrәkәtli elektrod ölçülәn gәrginliklә yardımçı gәrginliyin (adәtәn, 100–200 V) hasilinә mütәnasib meyil (hәrәkәt) edir. S i m l i E.-dә tәrpәnmәz yastı elektrodlar arasında nazik (1–2 mkm qalınlığında) platin sim yerlәşdirilir. Simә vә elektrodlara gәrginlik verildikdә sim әyilir; simin mikroskopla müşahidә edilәn meyiletmәsi (әyilmәsi) verilәn (ölçülәn) gәrginliyin ölçüsü olur. E l e k t r o n E. adәtәn, ölçmә çeviricisindәn, böyük giriş müqavimәtinә malik güclәndiricidәn vә maqnitoelektrik ölçmә cihazından ibarәtdir.