ƏHMƏDOV Afәt Tәrlan oğlu (d.15.6. 1938, Bilәsuvar r-nu) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1996), prof. (2000). Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunu bitirmişdir (1962). Azәrb. Elmi Tәdqiqat Kәnd Tәsәrrüfatının İqtisadiyyatı vә Tәşkili İn-tunda kiçik elmi işçi (1962), baş elmi işçi (1971), elmi katib (1973), şöbә müdiri (1975) olmuşdur. 2011 ildәn Bakı Biznes Un-tindә iqtisadi nәzәriyyә kafedrasının müdiridir. Tәdqiqatları k.t.-nda әmәk ehtiyatlarından istifadә, әmәkqabiliyyәtli әhalinin mәşğulluğu, podrat üsulunun tәtbiqi vә s. problemlәrinә hәsr olunmuşdur. 200-dәn çox elmi әsәrin, o cümlәdәn monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti vardır.