ELEKTROMÉTRİK LAMPA – kiçik sabit cәrәyanları (10–9–10–16 A) ölçmәk vә güclәndirmәk üçün qәbuledici-güclәndirici lampa. Konstruktiv cәhәtdәn E.l. triod, tetrod vә ya pentod şәklindә hazırlanır. Lampalı elektrometrlәrdә, qalvanometrlәrdә vә s. radio vә elektron ölçmә cihazlarında tәtbiq edilir.