ƏHMƏDOV Ağamirzә Mirzәlı oğlu (1905, Şamaxı r-nunun Əngәxәran k. – 1964, Bakı) – Azәrb.-ın ictimai-siyasi xadimi. 1935 ildәn Lәnkәran, Zәngilan, Şamxor (indiki Şәmkir) vә Əli Bayramlı (indiki Şirvan) r-n partiya komitәlәrinin katibi olmuşdur. Zaqafqaziya d.y. siyasi şöbәsinin rәis müavini, Naxçıvan vil., Quba r-nu, Gәncә vә Bakı şәhәr partiya komitәlәrinin katibi işlәmişdir. Böyük Vәtәn müharibәsi illәrindә sovet ordusu tәrkibindә İrana göndәrilmiş, orada 1946 ilәdәk hәrbiistismar şöbәsinә rәhbәrlik etmişdir. 1951– 53 illәrdә Azәrb. SSR Ali Sovetinin, 1954–59 illәrdә Bakı Şәhәr İcraiyyә Komitәsinin sәdri, 1959–63 illәrdә ticarәt naziri, 1964 ildә Azәrb. SSR Nazirlәr Sovetindә Baş İdarә rәisi işlәmişdir.