ƏHMƏDOV Bәdirxan Balaca oğlu (d.20. 4.1955, Gürc. SSR, Dmanisi r-nu) – Azәrb. әdәbiyyatşünası, publisist, tәnqidçi. Filologiya e.d. (2006), prof. (2011). Azәrb. Dövlәt Pedaqoji İn-tunu (indiki ADPU) bitirmişdir (1977). Nazirlәr Kabineti yanında Baş Arxiv İdarәsinin Azәrbaycan әdәbiyyatı vә incәsәnәti arxivindә (1983– 90), “Vәtәn sәsi” (1990–92) vә “Azәrbaycan ordusu” (1992–99) qәzetlәrindә işlәmişdir. 1999 ildәn AMEA Nizami ad. Ədәbiyyat İn-tunda (2011–12 illәrdә Qars Qafqaz Un-tindә) çalışır. 2013–16 illәrdә in-tun elmi katibi olmuş, hazırda Asiya xalqları әdәbiyyatı şöbәsinin müdiridir.
Tәdqiqatları, әsasәn, Azәrb. satirasının inkişaf problemlәrinә hәsr olunmuşdur. Bir sıra beynәlxalq elmi konfrans vә simpoziumlarda (Türkiyә, Almaniya, Polşa, Rusiya vә s.) iştirak etmişdir. 300-dәn çox elmi әsәrin, o cümlәdәn 5 monoqrafiyanın, dәrslik vә proqramların müәllifidir.
Əsәrlәri: Azәrbaycan satirasının inkişaf problemlәri. B., 2000; Bir istiqlal yolçusu. B., 2003; Sabit Rәhman; hәyatı, mühiti, yaradıcılığı. B., 2010.