ƏHMƏDOV Baxış Əhmәd oğlu (30.1. 1874, Bakı ş., Balaxanı k. – may, 1929, Bakı) – neft sәnayeçisi vә maarifpәrvәr xeyriyyәçi. Ə.Əhmәdovun atasıdır. Balaxanıda ğzünün tәsis etdiyi “Xeyriyyә cәmiyyәti”nin vә “Kustar neft sәnayesi hәmkarlar ittifaqı”nın sәdri olmuşdur. “Nәşri-Maarif” cәmiyyәtinin Balaxanıdakı camaat mәktәbinin vәkili idi. 1910–11 illәrdә hәmin mәktәbdә işlәyәn M.Ə.Sabirlә yaxından dostluq etmiş, yazıları ilә “Günәş” qәzetindә onun müdafiәsinә qalxmışdır. Balaxanıdakı camaat mәktәbi nәzdindә “Nur” qiraәtxanasını (fevral, 1911) açmışdır. 1918 il mart hadisәlәri zamanı evi daşnaklar tәrәfindәn dağıtmışdı. Neft quyuları, torpaq sahәlәri vә şәxsi mülkü sovet hökumәti tәrәfindәn müsadirә edilmişdir (1927). Balaxanıda “Müsavat” partiyasının ilk özәyini yaratdığına görә böyük oğlu Əhmәd güllәlәnmişdir (1928).