Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTROMƏNFİLİK

    ELEKTROMӘNFİLİK– atomların kovalent rabitәlәrinin polyarlaşma qabiliyyәtini sәciyyәlәndirәn kәmiyyәt. İkiatomlu A–B molekulunda rabitә yaradan elektronları B atomu A atomuna nisbәtәn daha güclü cәzb etdiyi halda da B atomu A atomuna nәzәrәn daha elektromәnfi hesab edilir. L. Polinq E.-yin miqdari xarakterizәsi üçün A–A, B–B, A–B molekullarındakı rabitәlәrin müvafiq EAA, EBB, EAB enerjilәri haqqında termokimyәvi mәlumatlardan istifadәni tәklif etmişdir (1932). Hipotetik tәmiz kovalent A–B (Ekov) rabitәsinin enerjisi EAA, EBB kәmiyyәtlәrinin orta әdәdi vә ya hәndәsi qiymәtlәrinә bәrabәr götürülür. A vә B atom- larının E.-yi müxtәlif olduğu halda A–B rabitәsi tәmiz kovalent rabitә olmayacaq vә EAB Ekov-dәn DAB = EAB – Ekov qәdәr böyük olacaq. A vә B atomlarının E.-lә- ri (c) arasında fәrq çox olduqca DAB kәmiyyәti dә böyük olur. Polinq 0,208  DAB= |cA–cB| formulundan istifadә edәrәk hidrogen atomu üçün E.-yin ixtiyari qiymәtini c = 2,1 götürәrәk E.-yin nisbi әdәdi qiymәtlәrinin әlverişli şkalasını tәrtib etmişdir. E.-yin miqdari tәsviri üçün termokimyәvi mәlumatlarla yanaşı, molekulun hәndәsәsi haqqında verilәnlәr (mәs., Sanderson üsulu), spektral xarakteristikalar (mәs., Qordi üsulu) istifadә edilir. Hәmçinin Ollred vә Rokou şkalası tәtbiq olunur. Malligen üsulu daha aydın fiziki mәnaya malikdir; atomun Malligen üsulu ilә tәyin olunan E.-yi onun ionlaşma enerjisi ilә elektrona hәrisliyinin cәminin yarısına bәrabәrdir. Atomların müxtәlif valent halları, ion, molekul vә atomlar qrupu üçün E. şkalası tәrtib olunmuşdur. Malligen üsuluna әsaslanan vә müxtәlif obyektlәrin geniş dairәsini әhatә edәn E. mütlәq E. adlanır.

    E. ilә kimyәvi rabitәlәrin uz., rәqs tezliyi, polyarlığı vә s. xarakteristikaları arasındakı asılılıq sadә empirik formullarla ifadә olunduğuna görә E. kәmiyyәtlәri fiziki-kimyәvi tәdqiqatlarda geniş istifadә olunur.

    Әd.:
    Б а ц а н о в С.С. Электроотрицательность элементов и химическая связь. Новосиб., 1962; Х ь ю и Дж. Неорганическая химия. пер. с англ.
    М., 1987.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV