Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTROMİOQRAFİYA

    ELEKTROMİOQRÁFİYA (elektro… + mio… + qrafiya) – insan vә heyvanda әzәlә liflәrinin oyanması zamanı skelet әzәlәlәrindә baş verәn bioelektrik potensialların elektrik impulsların müayinәsi, qeydә alınması üsulu. Osilloskopda dalğa şәklindә müşahidә edilәn elektrik impulsları elektromioqram (EMQ) şәklindә qeyd olunur. İnsan üzәrindә ilk dәfә 1907 ildә alman alimi Q. Piper tәrәfindәn yerinә yetirilmişdir. Әzәlәlәrin potensial titrәyişinin amplitudası, adәtәn, bir neçә millivoltdan, onların sürәkliliyi isә 20–25 mksan-dәn artıq olmur, ona görә dә E. güclәndirici vә azinersiyalı qeydedicinin kömәyilә aparılır; fotokağıza, fotolentә vә s. yazılan әyri e l  e k t r  o m i o q r a m (EMQ) adlanır. E.- da bir neçә әsas müayinә istiqamәti ayırd edilir. Onlardan birincisi әzәlәyә daxil edilmiş iynәşәkilli elektrodların kömәyilә aparılan E.-dır. Digәr müayinә istiqamәti dәriüstü elektrodların kömәyilә aparılan E.-dır. Bu, ayrılma nahiyәsindә olan çoxlu hәrәki vahid potensialı tәrәddüdlәrinin interferensiyası nәticәsindә әmәlә gәlәn ümumi EMQ ayrılmadır. Belә EMQ әzәlәlәrin oyanma prosesini tam kimi әks etdirir. Stimulyasiyaedici EMQ sinirin vә ya hәssas orqanların süni stimulyasiyası zamanı әzәlәdә baş verәn potensiallar tәrәddüdlәrinin qeyd edilmәsidir. Belәliklә, hәrәki aparatın reflektor fәaliyyәti, sinir-әzәlә ötürülmәsi müayinә olunur, sinirlә oyanma keçiriciliyi sürәti tәyin edilir. EMQ-nın qeyd edilmәsi müxtәlif funksional sınaqlarda – hәrәkәtsizlikdә, tonik gәrginlik, әzәlәlәrin iradi yığılması zamanı aparılır. E. nәinki әzәlәlәrin, hәm dә hәrәkәtin hәyata keçirilmәsindә iştirak edәn sinir mәrkәzlәrinin vәziyyәti vә fәaliyyәti barәdә fikir söylәmәyә imkan yaradır. E. fiziologiyada hәrәki funksiyaların öyrәnilmәsi zamanı heyvanda vә xüsusilә insanda, elәcә dә tәtbiqi elmlәrdә – әmәk vә idman fiziologiyasında, texniki psixologiyada (mәs., yorulmanın, hәrәki vәrdişlәrin yaranmasının müayinәsi zamanı) istifadә olunur.

    E. nevropatologiyada vә digәr tibb sahәsindә bir sıra sinir-әzәlә xәstәliklәrinin effektli diaqnostikası metodu kimi geniş tәtbiq edilir. E., hәmçinin, ortopediya vә protezqoymada pozulmuş hәrәki funksiyaların bәrpası zamanı hәrәkәt aparatının funksional vәziyyәtini qiymәtlәndirmәk üçün әhәmiyyәtlidir.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV