ƏHMƏDOV Bәşir Abbas oğlu (5.5.1932, Tovuz r-nunun Alakol k. – 19.6.2007, Bakı) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (1967), prof. (1976). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1955). Müәllim (1955–57), Azәrb. Elmi Tәdqiqat Pedaqoji Elmlәr İntunda elmi işçi vә elmi katib (1960–66), Azәrb. Pedaqoji Rus Dili vә Ədәbiyyatı İntunda (indiki Bakı Slavyan Un-ti; 1966–71 vә 1984–2007 illәrdә) vә Azәrb. Dövlәt Pedaqoji İn-tunda (1971–76) kafedra müdiri, Azәrb. Pedaqoji Xarici Dillәr İn-tunda pedaqogika kafedrasının prof.-u (1976–84) işlәmişdir. Tәdqiqatları Azәrb. tәhsilinin elmi-pedaqoji mәsәlәlәrinә hәsr edilmişdir. 600-ә qәdәr elmi әsәrin, dәrslik vә dәrs vәsaitinin, o cümlәdәn “Azәrbaycan dilinin qısa etimoloji lüğәti” vә s. kitabların müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.