ƏHMƏDOV Cәbrayıl Əhmәd oğlu (1876, Bakı – 10.12.1966, Bakı) – Azәrb. xalça mütәxәssisi. “Azәrxalça” birliyinin tәşkilatçılarından olmuş, 1928–63 illәrdә birliyin istehsalat şöbәsinin müdiri işlәmişdir. Ə.-un fәaliyyәti dövründә Bakı xalça artelindә yüksәk bәdii keyfiyyәtә malik bir sıra xalçalar (Nizami Gәncәvinin “Xәmsә”si mövzusunda xalçalar, Ü.Hacıbәyli, M.Əzizbәyov, T.Şevçenko vә b.-nın portret-xalçaları) toxunmuşdur. Onun iştirakı ilә ”İ.V.Stalin” (1949, sah. 70 m2, Azәrb. Milli İncәsәnәt Muzeyinin fondu, Bakı; SSRİ Dövlәt mükafatı, 1950) vә “V.İ.Lenin” (1957, sah. 75 m2, Azәrb. Xalça Muzeyinin fondu) xalıları yaradılmışdır.