Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRON

    ELEKTRON (yun. e lektron – kәhrәba, işarәsi e, e) – fizikada kәşf edilәn ilk elementar zәrrәcik; tәbiәtdә әn kiçik kütlәyә vә әn kiçik elektrik yükünә malik maddi daşıyıcı olan E. atomların tәrkib hissәsidir; neytral atomda onların sayı atom nömrәsinә, yәni nüvәdәki protonların sayına bәrabәrdir. E.-un yükü (e) vә kütlәsi (me):

    e = – 4,803·10–10 SQSE vahidi ≈≈ – 1,6·10–19 Kme ≈ 0,91·1027 q ≈ 0,511 MeV.

    E.-un spini 1/2-ә bәrabәrdir (ħ vahidlәrindә) vә demәli, E. Fermi–Dirak statistikasına tabedir. E.-un maqnit momenti μe ≈ 1,00116 μ0-dır, burada μ0 – Bor maqnetonudur. E. stabil zәrrәcikdir leptonlar sinfinә aiddir.

    E. ingilis fiziki C.C. Tomson tәrәfindәn 1897 ildә kәşf edilmiş vә onun yükü mәnfi qәbul olunmuşdur (bax Elektrik yükü). E.-un antizәrrәciyi – pozitron 1932 ildә kәşf edilib.

    E. elektromaqnit, zәif vә qravitasiya qarşılıqlı tәsirlәrindә iştirak edir. Klassik elektrodinamikada E. özünü hәrәkәti Lorens–Maksvell tәnliklәrinә tabe olan zәrrәcik kimi aparır. r0 =e2/me c2 ~ 10–11 sm kәmiyyәtinin E.-un klassik radiusu kimi qәbul edilmәsinә baxmayaraq, “E. ölçüsünü” ziddiyyәtsiz formalaşdırmaq olmur. Bu çәtinliyin sәbәbi kvant mexanikası çәrçivәsindә başa düşülür. Fransız fiziki L. de Broylun hipotezinә görә (1924) E. (bütün digәr maddi mikroobyektlәr kimi) yalnız korpuskulyar deyil, hәm dә dalğa xassәlәrinә malikdir (bax de Broyl dalğaları). E.-un de Broyl dalğasının uz.-u λ = 2πħ/meυ, burada υ – E.-un hәrәkәt sürәtidir. Buna görә dә E. işıq kimi interferensiyaya vә difraksiyaya uğrayır. E.-un dalğa xassәlәri 1927 ildә Amerika fiziklәri K. Devisson vә L. Cermer tәrәfindәn eksperimental müşahidә edilmişdir (bax Mikrozәrrәciklәrin difraksiyası).

    E.-un hәrәkәti kvant mexanikasının tәnliklәrinә: qeyri-relyativist hadisәlәr üçün Şrödinger tәnliyinә vә relyativist hadisәlәr üçün Dirak tәnliyinә tabedir. Bu tәnliklәrә әsaslanaraq göstәrmәk olar ki, maddәlәrin optik, elektrik, maqnit, kimyәvi vә mexa- niki xassәlәri E.-un hәrәkәt xüsusiyyәtlәri ilә izah olunur. Spinin mövcudluğu atomda E.-un hәrәkәt xarakterinә әhәmiyyәtli dәrәcәdә tәsir edir. Mәs., kvant mexanikası çәrçivәsindә E.-un yalnız spininin nәzәrә alınması D.İ. Mendeleyevin elementlәrin dövri sistemini, hәmçinin molekullarda atomların kimyәvi
    rabitәsinin tәbiәtini izah etmәyә imkan verdi.

    Elm vә texnikada E. getdikcә böyük әhәmiyyәt kәsb edir. Müxtәlif növ sürәtlәndiricilәrdә yüksәk enerjilәrә qәdәr sürәtlәndirilmiş intensiv E. dәstәlәri elementar zәrrәciklәrin vә nüvәlәrin tәbiәtinin öyrәnilmәsindә әsas vasitәlәrdәn biridir. Kiçik enerjili E.-lardan isә radioelektronikada vә texnikanın bir çox başqa sahәlәrindә geniş istifadә edilir.

    E.-un daxili mәntiqi ziddiyyәtlәrinin olması sәbәbindәn onun nәzәriyyәsini bitmiş saymaq olmaz.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV