ELEKTRÓN BİRJA (ing. eletronic exchange) – maliyyә ticarәt sövdәlәşmәlәrini mәxsusi binalarda deyil, informasiya (kompüter) şәbәkәlәri vasitәsilә aparan birja növü. 16 әsrdә yaranan fond birjası inkişaf edәrәk tәdricәn E.b. ilә әvәz olunmuşdur. Burada alqı-satqı әmәliyyatları informasiya şәbәkәlәrinә qoşulmuş abunә sistemlәri üzrә hәyata keçirilir. E.b.-da müqavilә bağlanan zaman brokerlәr – vasitәçilәr müxtәlif coğrafi mәntәqәlәrdә, dünyanın istәnilәn ölkәsindә ola bilәr. Әn böyük E.b.-sı olan NASDAQ sәhmlәrin alqı-satqısına görә son 20 ildә dünyanın bir çox iri birjalarını qabaqlayır.