Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRON EMİSSİYASI

    ELEKTRON EMİSSİYASI – kondensasiyaolunmuş mühitin sәthindәn elektronların buraxılması. E.e. o vaxt baş verir ki, cismin elektronlarının bir hissәsi xarici tәsir nәticәsindә bu cismin sәrhәdindә potensial baryeri aşmaq üçün kifayәt qәdәr enerji әldә etmiş olsun. Cisimlәri qızdırmaqla (termoelektron emissiyası), elektronlarla bombardman etmәklә (ikinci elektron emissiyası), elektromaqnit şüaları ilә tәsir göstәrmәklә (fotoelektron emissiyası) vә s. E.e. yaratmaq mümkündür. Bunlardan başqa, çox güclü elektrik sahәsinin tәsiri ilә dә E.e. (avtoelektron emissiyası) alınır.

    Sürәtlәndirici elektrik sahәsi kifayәt qәdәr böyük olduqda (E ≳104 V/sm), o, sәrhәddә potensial baryerin hündürlüyünü azaldır vә nәticәdә E.e. artır (Şotki effekti). Çox güclü sahәlәrdә (~107 V/sm) potensial baryer o qәdәr nazik olur ki, elektronlar onun arasından (içәrisindәn) sızıb keçir (adәtәn avtoelektron emissiyası adlandırılan tunel emissiyası). Eyni zamanda 2 vә ya daha çox faktorun tәsiri nәticәsindә termoavtoelektron, fotoavtoelektron emissiyaları vә b. baş verә bilәr. Çox güclü impulslu elektrik sahәlәrindә (~5×107 V/sm) avtoelektron emissiyası cismin (emitterin) sәthindә mikroucların sürәtlә dağılmasına (partlayışa) vә sıx halda plazma yaranmasına gәtirir. Emitterin sәthi ilә plazmanın qarşılıqlı tәsiri E.e. cәrәyanının kәskin artmasına sәbәb olur (partlayıcı elektron emissiyası). Texnikada E.e. hadisәsindәn geniş istifadә edilir. E.e. mәnbәyi qismindә metallar, yarımkeçiricilәr vә maye civә işlәdilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV