ƏHMƏDOV Cәmil Mәhәmmәd oğlu (10.3.1924, Cәbrayıl r-nunun Cәbrayıl qәs. – 6.10.1944, Polşa) – Sovet İttifaqı Qәhrәmanı (24.3.1945, ölümündәn sonra), qvardiya leytenantı. 1942 ildә sovet ordusuna çağırılmış, Bakı hәrbi mәktәbini bitirmişdir. Şimali Qafqazdan Polşaya qәdәr döyüş yolu keçmişdir. Belorusiyanın azad edilmәsindә igidlik göstәrmiş, Polşa uğrundakı döyüşlәrdә qәhrәmancasına hәlak olmuşdur. Ə.-un mәzarı Varşavada sovet әsgәrlәri qәbiristanının qәhrәmanlar xiyabanındadır. Aleksandr Nevski vә Qırmızı Ulduz ordenlәri ilә tәltif edilmişdir. Şair Əli Kәrimin “Heykәlin qardaşı” (1966) poemasında Ə.-un qәhrәmanlığı tәrәnnüm olunur. Ə.-a bir çox oçerk, hekayә vә şeir hәsr edilmiş, haqqında “Qayıdacağına inanırdı” adlı sәnәdli film (“Azәrbaycanfilm”, 1972) çәkilmişdir.