Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRON HESABLAMA MAŞINI

    ELEKTRÓN HESABLAMA MAŞINI (EHM) – informasiyanın avtomatik emalı üçün texniki vasitәlәr kompleksi; başlıca funksional elementlәri elektron cihazlar әsasında hazırlanan hesablama maşınıdır. 1939–42 illәrdә C.V. Atanasov vә K. Berri (ABŞ) ikili say sistemi ilә işlәyәn vә xәtti cәbri tәnliklәr sisteminin hәlli üçün nәzәrdә tutulan ixtisaslaşdırılmış rәqәmli EHM qurdular. 1943 ildә B.Britaniyada mәxfi alman radioqramlarının şifrәsini açmaq üçün ixtisaslaşdırılmış Colossus EHM-i yaradılmışdı. EHM-lәrin birinci nәslinin (1945–55) element bazasını vakuum elektron lampaları tәşkil edirdi. İlk universal EHM olan ENIAC (1946, ABŞ, C.U.Mokli, C.P. Ekkert) çoxmәrtәbәli әdәdlәrin üzәrindә bir saniyәdә 300 vurma әmәliyyatı (vә ya 5000 cәmlәmә әmәliyyatı) yerinә yetirirdi. Maşının ölçülәri iri vә çәkisi 30 t, istifadә etdiyi güc 160 kVt, elektron sxemindә 16 növdә 18000-әdәk elektron lampa (onlar böyük miqdarda istilik ayırdığından soyutma sisteminә ciddi fikir verilirdi) var idi. ENIAC üzәrindә iş tәcrübәsi nәticәsindә C. fon Neyman hesablama maşınının konfiqurasiyasına verilәn ümumi tәlәblәri (EHM-in hesab qurğusu, idarәetmә qurğusu, giriş-çıxış qurğusu vә yaddaşdan ibarәt olmasını) tәyin etdi, hәm dә universal hesablama maşınının cavablandırmalı olduğu tәlәblәri (fon Neyman prinsipi) göstәrdi. Bunlardan әn vacibi maşın proqramının yaddaş qurğusunda saxlanılması vә hesablama maşınının işinin proqramlı idarә olunması idi. EDSAC (B.Britaniya, 1949, M. Uilks) yaddaşda saxlanılan proqramlı ilk EHM oldu. B i r i n c i    n ә s  i l  EHM-lәrdә әvvәlcә civәli lәngimә xәtlәri vә elektron-şüa boruları, sonralar isә maqnit nüvәlәr vә maqnit lentli toplayıcılar әsasında yaddaşdan istifadә olunurdu; prosessorlar hәm hesablama, hәm dә giriş-çıxış, yaddaş qurğuları arasında verilәnlәrin ötürülmәsi vә s. әmәliyyatlarını apardığından maşının mәhsuldarlığı aşağı düşürdü. Digәr tәrәfdәn, proqramlar aşağı sәviyyәli dillәrdә yazılırdı, proqramlaşdırmanın avtomatlaşdırma vasitәlәri demәk olar, yox idi. Bu maşınların etibarlılığı aşağı idi, elektrik enerjisini çox işlәdirdi vә iri qabariti olurdu.

    İ k i n c i n ә s i l (1955–1965) maşınlarda elektron lampalar yarımkeçirici diodlar vә triodlar (tranzistorlar) ilә әvәz edildi. Yeni texnologiya, EHM-lәrin etibarlılıq vә mәhsuldarlığını yüksәltmәyә, qabaritlәrini vә enerjiyә tәlәbatını xeyli azaltmağa imkan verdi. Yarımkeçirici element bazasında olan ilk EHM (“Atlas” qitәlәrarası ballistik raketi üçün) 1955 ildә ABŞ-da yaradıldı. EHM-in tәrkibinә giriş-çıxış prosessorunun daxil edilmәsi; giriş-çıxış vә mәrkәzi prosessorda hesablama әmәliyyatlarının eyni vaxtda aparılması sayәsindә mәhsuldarlıq artırıldı. Yüksәk sәviyyәli proqramlaşdırma dillәrinin (fortran, kobol vә s.) vә kompilyatorların yaranması proqramlaşdırmanın sәmәrәliliyini xeyli yüksәltdi. Mәsәlәlәrin hәllinin idarә olunması vә EHM ehtiyatlarının bölüşdürülmәsi proseslәri gәlәcәk әmәliyyat sistemlәrinin (ӘS-in) әsası olan xüsusi xidmәt proqramlarının üzәrinә qoyuldu. Stretch (1961), Atlas (T. Kilbern, 1962), Burroughs B-5000 (1963) әn mәşhur ikinci nәsil EHM-lәri idi.

    1965 ildәn başlayaraq  ü ç ü n c ü  n ә s i l EHM-lәr inteqral sxemlәr әsasında quruldu; bir modulda onlarla tranzistor, rezistor vә diodun yerlәşmәsi qabaritlәrin kiçilmәsinә, sәrf edilәn gücün azalmasına, mәhsuldarlığın vә etibarlılığın artmasına sәbәb oldu. Hesablama mәsәlәlәrinin hәllindә, hәmçinin müxtәlif idarә sistemlәrindә tәtbiq olunan nisbәtәn ucuz mini- EHM-lәr (PDP-8, 1965; PDP-11, 1970 vә s.) istehsal edildi. Bu nәslin әn mәşhur böyük EHM-lәri C. Amdalın yaratdığı proqramla uyğunlaşan IBM-360 (1964) vә IBM-370 (1971) idi. Bu maşınlar bütün dünyada ümumi tәyinatlı EHM-lәrin sonrakı inkişafına böyük tәsir göstәrdi. Üçüncü nәsil EHM-lәrin fәrqli cәhәti onların ehtiyatlarından bir neçә istifadәçinin birgә istifadәsini tәmin edәn ӘS-in olması idi.

    D ö r d ü n c ü n ә s i l EHM-lәrin konstruktiv-texnoloji әsası böyük vә çox böyük inteqral sxemlәr idi; onların bir çap lövhәsindә onlarla vә yüzlәrlә min, sonralar isә milyonlarla tranzistor yerlәşirdi. 1970-ci illәrdә bir kristal (çip) üzәrindә prosessor yaradıldı. İlk mikroprosessor Intel 4004 (1971, ABŞ) 2250 elementdәn ibarәt idi. Öz dövrünün mikrokompüter texnologiyası üçün standart olan Intel 8080 (1974) artıq 4500 elementdәn ibarәt olmaqla ilk fәrdi kompüterlәrin yaradılmasının әsası idi. 1979 ildә әn güclü vә universal mikroprosessorlardan biri olan 70000 elementlә 16-bitlik Motorola 68000 mikroprosessoru istehsal edildi.

    B e ş i n c i n ә s i l EHM-lәrin (optik kompüterlәri, kvant kompüterlәri, super EHM-lәr vә s.) tәtbiqi intellektual insan-maşın interfeysinin (nitqin, obrazların tanınması), hәmçinin biliklәr bazası vә süni intellekt sistemlәrinin yaranmasını tәmin edәn mәntiqi proqramlaşdırmanın inkişafı ilә әlaqәdardır. Bax hәmçinin Böyük inteqral sxem, Kompüter, Mikroprosessor, Kvant kompüteri.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV