ELEKTRÓN İMZA – elektron sәnәdin rekviziti kimi elektron formada olan verilәnlәr bloku. E.i. digәr verilәnlәrlә (elektron sәnәd, proqram faylları vә s.) mәntiqi әlaqәli olur vә elektron sәnәdi imzalayan şәxsi identifikasiya etmәyә imkan verir. E.i.-lar ailәsinә rәqәm imzası texnologiyası, müәyyәn biometrik verilәnlәr әsa- sında identifikasiyanı aparmağa imkan yaradan texnologiyalar (barmaq izlәri, sәsin tembri, göz toru damarlarının yerlәşmә şәkli vә s. biometrik amillәr), hәmçinin әsasını müxtәlif smart-kartların vә digәr aparat açarlarının istifadәsi tәşkil edәn texnologiyalar aiddir. Elektron rәqәmli imza (ERİ) әllә çәkilәn imzanın elektron ekvivalentidir. ERİ saxta sәnәd yaradılmasının qarşısını alır, mәlumatın tamlığının qorunmasına xidmәt edir, sәnәddәki informasiyanın tәhrif olunmasını aradan qaldırır. İnformasiya göndәrәnin hәqiqiliyinin tәyini üçün ERİ-dәn istifadә zamanı bağlı vә açıq açarlar tәlәb olunur; bağlı açar şifrәlәmәk, açıq açar isә şifrәni açmaq üçün istifadә edilir. ERİ-nin tәtbiqolunma alqoritmi belәdir: iki açar (açıq vә bağlı) yaradılır; açıq açar bu işdә maraqlı olan tәrәfә (sәnәdi qәbul edәn, imzalamış tәrәf) ötürülür; göndәrәn tәrәf informasiyanı bağlı açarın kömәyilә şifrәlәyir vә onu әlaqә kanalı üzәrindәn qәbul edәn tәrәfә ötürür; qәbul edәn açıq açarın kömәyi ilә göndәrilәn informasiyanın şifrәsini açır. Açıq açarla şifrәlәnmiş informasiya yalnız
bağlı açarın kömәyilә açıla bilәr.