ELEKTRÓN QAZI – 1) kristal vә ya plazmada keçiricilik elektronlarının toplusu; elektrik cәrәyanı yaranmasında iştirak etmәk qabiliyyәtinә malikdir. 2) elektron keçiricilәrdә keçiricilik elektronlarının hәrәkәtini tәsvir edәn nәzәri model. E.q. modeli elektron keçiricilәrin bir çox termodinamik vә kinetik xarakteristikalarını hesablamağa imkan verir. Bәzi hallarda (yarımkeçiricilәrdә) E.q. qәfәsdәn fәrqli temp-ra malik ola bilir. Yüksәktezlikli elektromaqnit sahәlәrinin tәsirindәn metal vә yarımkeçiricilәrin E.q. (xüsusilә dә daimi maqnit sahәsindә) özünü elektron vә ya elektron-deşik plazması kimi aparır.