Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRON LAMPA

    ELEKTRÓN LAMPA – içәrisinin havası sorulub çıxarılmış şüşә vә ya metal boru. İlk elektron sxemlәrindә xüsusi elektrodlar (torlar) vasitәsilә elektronlar selinin idarә olunması üçün tәtbiq edilmişdir. 2-elektrodlu E.l. (diod) birtәrәfli keçiricilik xassәsinә malikdir. 3-elektrodlu E.l.-da (triodda) idarәedici tor potensialının az dәyişmәsi anod cәrәyanının xeyli dәyişmәsinә sәbәb olur. Triodun bu xassәsindәn, hәmçinin elektrodları çox olan E.l.-dan (tetrodlar, pentodlar vә s.) elektrik rәqslәrinin generasiyası vә güclәndirilmәsi üçün istifadә edilr. Konstruktiv cәhәtdәn E.l. şüşә, metal-şüşә, metal-keramika, yaxud keramikadan hazırlanmış vә içәrisindә vakuum (10–7 mm c.süt.) yaradılmış, hәmçinin elektrodlar (anod, katod vә tor) qoyulmuş qapalı hermetik balondan ibarәt sistemdir. XX әsrin birinci yarısında E.l.-dan istifadә etmәklә radioverilişlәri, beynәlxalq telefon xidmәtlәri, televiziya kimi texnologiyalar yaradıldı. İlk elektron rәqәmli kompüterlәrE.l. üzәrindә qurulmuş әn iri sistemlәr idi. Hazırda qeyd edilәn bütün sahәlәrdә E.l. tranzistorlarla әvәz edilib. Bununla yanaşı, televiziya kineskopu vә kompüter monitorlarında (elektron-şüa cihazı), mikrodalğalı sobalarda, hәmçinin kosmik peyklәrin yüksәktezlikli ötürücülәrindә istifadә edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV