ELEKTRÓN LÜĞӘT – kompüter vә ya digәr elektron qurğudakı sözlük. Morfologiyanı nәzәrә almaqla lazımi sözü tez tapmağa, söz birlәşmәlәrini (tәtbiq nü- munәlәrini) axtarmağa, tәrcümәnin istiqamәtini dәyişmәyә (mәs., Azәrb.–ingilis, ingilis–Azәrb.) imkan verir. Lüğәt mәqalәlәrindәn ibarәt verilәnlәr bazasıdır. E.l.-lәr yalnız tәbii dil mәtnlәri ilә işlәyәn kompüter proqramları üçün yaradılmış elektron lüğәtlәrdәn fәrqlidir.