Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    ELEKTRON MUSİQİ

    ELEKTRON MUSİQİSİ – elektrik generator vasitәsilә alınan sәslәrdәn ibarәt musiqi. Bu sәslәr çox zaman elektrik vә әnәnәvi musiqi alәtlәrinin, elәcә dә müğәnninin sәsinә uyğunlaşdırılır. Texniki musiqinin növlәrindәn olan E.m. xüsusi elektron studiyalarda işlәnir. Sәs elementlәrinin seçilmәsi, onların tәrtibi (deformasiya, modifikasiya, transformasiya) vә kompozisiyası E.m.-nin yaradılmasında әsas texniki
    şәrtlәrdir. E.m.-dә müәyyәn ucalıqlı sәslәrlә yanaşı, dәyişәn vә qeyri-müәyyәn ucalıqlı sәslәrdәn – mikrotonlardan da istifadә edilir. Elektronikadan istifadәnin әsas ideyası insan tәxәyyülündә sürrealistik obrazların yaranmasına kömәk etmәkdir. E.m. müstәqil istiqamәt kimi 20 әsrin ikinci yarısında tәşәkkül tapıb. B.Britaniyanın himni vә qara quzu haqqında uşaq mahnısı kompüter vasitәsilә әmәlә gәlәn ilk musiqi әsәrlәridir.

    1954 ildә K. Ştokhauzen ilk E.m. әsәri olan “Elektron Etüdlәr – 2” pyesini yazmışdır. 1955 ildә E.m. tәcrübәlәri aparmaq üçün bir neçә studiya yaradılmışdır (İtaliyada “Fonolociya”, Yaponiyada T. Mayudzumi tәrәfindәn yaradılmış studiya, Hollandiyada Tilips kompaniyasının studiyaları).

    1980-ci illәrin әvvәllәrindә E.m.-nin inkişafında üç әsas istiqamәt formalaşır:1) E.m. alәtlәrindәn tam şәkildә istifadә etmәklә kompozisiya baxımından әhatәli, әsasәn, “kosmik” mövzulu sintezator pyeslәri formalaşdıran elektron instrumental musiqi; 2) “Әtraf mühit musiqisi”ni yaradan, dәqiq ritmi vә melodiyası olmayan “embient” – fon musiqisi; 3) E.m.-nin dәqiq, rәqs ritminә uyğun sәsin süniliyi ilә seçilәn “mahnı” forması (sinti-pop, elektro-pop, texno-pop). Bu dövrdә yeni musiqi dalğası geniş populyarlıq qazandı vә E.m. dünyasına yeni dәb gәtirәn Depeche Mode, Pet Shop Boys, OMD vә b. qruplar görünmәyә başladı.

    1970-ci illәrin sonu vә 1980-ci illәrin әvvәllәrindә yeni janrların meydana çıxması müasir texnologiyaların yaranması ilә sәciyyәvidir. Bu mәrhәlәdә xüsusi qurğu vasitәsilә plastinka musiqisini canlandıran dicey peşәsi, E.m.-ni müasir ideyalarla zәnginlәşdirәn bir çox musiqi kollektivlәri, yeni texnoüsul meydana gәldi. Belә musiqilәrin mәqsәdi melodiyanın yox, Techno (Texno), Electro (Elektro), Drum’n Bass (Dram-n-beys) House (Haus), yaxud Franse (Frans) istiqamәtlәri daxil olmaqla texnotron ekstazın әldә olunması idi. Bu illәr elektron rәqs musiqisinin çiçәklәnmә dövrüdür.

    Müasir dövrdә 1970–80 illәrin mәşhur kompozisiyalarının mövzusunda texnoremikslәr yaratmaq ideyası çox popul- yardır. Jarrın, Spasin, Vangelisin vә b.-nın musiqisi bu dәyişikliyә mәruz qalmışdır. Kinofilm, dram tamaşaları vә radio verilişlәrinin musiqi tәrtibatında E.m.-dәn geniş istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV