ELEKTRÓN POÇT, e - m a i l – poçt rabitәsinin kompüter analoqu; istifadәçilәrlә kompüter şәbәkәsi arasında informasiyanın hәm qәbulu, hәm dә ötürülmәsi proqram vә aparat vasitәlәrinin kömәyilә yerinә yetirilir. E.p. sistemi ilә mәtn, qrafika, elәcә dә sәs vә animasiya roliklәri göndәrmәk mümkündür. Hәr bir abonent üçün daimi qoşulmuş növbәtçi serverin (mәs., Mail.ru, Rambler.ru, Yandex.ru; Azәrb.-da Box.az vә s.) yaddaşında göndәrilәn vә qәbul edilәn mәlumatların saxlanıldığı iki kataloq (poçt qutuları) yaradılır. Abonent kompüterlәrindә dә belә kataloqlar yerlәşdirilir. Abonentin E.p.-dan istifadә etmәsi üçün İnternetә giriş, şәxsi E.p.-un ünvanı, poçt qutusu, brauzer, yaxud poçt proqramı tәlәb olunur. Serverlә rabitә seansı zamanı göndәrilәn vә qәbul edilәn mәktubların mübadilәsi avtomatikdir. İnformasiyanın E.p. ilә dünyanın istәnilәn nöqtәsinә çatdırılma müddәti 3–4 saatdan çox olmur.